Bakı. 20 oktyabr. REPORT.AZ/ "Ukrayna gələn il "Eurovision" musiqi müsabiqəsənin keçirildiyi dövrdə turistlərin təhlükəsizliyini tam təmin etmək niyyətindədir".
"Report" xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko jurnalistlərə açıqlamasında deyib.
"Eurovision"da qalib olmağımız uğurdur. Dünyaya göstərəcəyimiz məqamlar var. Azərbaycandan sonra "Eurovision" müsabiqəsini və Avropa Oyunlarına ev sahibliyi etmək çətindir. Çünki ölkəniz təşkilatçılıq baxımından çox yüksək hədd müəyyənləşdirib", - deyə o bildirib.
Diplomat həmçinin Azərbaycan və Ukraynanın təhsil sahəsində fəal əməkdaşlıq etdiyini vurğulayıb. Onun sözlərinə görə, hazırda Ukraynada 6 minə qədər azərbaycanlı tələbə təhsil alır.