Türkmənistanda Azərbaycan milli mətbəxinin ləziz yemək və şirniyyatları təqdim olunub

Türkmənistanda Azərbaycan milli mətbəxinin ləziz yemək və şirniyyatları təqdim olunub Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin təşkilatçılığı ilə Aşqabadın ən prestijli məkanlarından sayılan “Mandarin” restoranında “Azəbaycan mətbəxi və mədəniyyəti” adlı tədbir keçirilib.
Mədəniyyət siyasəti
23 Fevral , 2024 23:43
Türkmənistanda Azərbaycan milli mətbəxinin ləziz yemək və şirniyyatları təqdim olunub

Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin təşkilatçılığı ilə Aşqabadın ən prestijli məkanlarından sayılan “Mandarin” restoranında “Azərbaycan mətbəxi və mədəniyyəti” adlı tədbir keçirilib.

“Report” xəbər verir ki, tədbirdə Türkmənistanda akkreditə olunmuş bir sıra xarici diplomatik missiyaların rəhbərləri və nümayəndələri, eləcə də ictimaiyyət təmsilçiləri, bu ölkədə yaşayan azərbaycanlılar iştirak edib.

Milli mətbəximizin ləziz yemək və şirniyyatları təqdim olunub, Azərbaycan milli musiqi nümunələri səsləndirilib və rəqs nömrələri göstərilib. Həmçinin ölkəmizi tərənnüm edən videosujetlər nümayiş olunub.

Eyni zamanda tədbirdə ölkəmizin tarixi, mədəniyyəti, incəsənətini səciyyələndirən suvenirlər və Azərbaycan məhsulları nümayiş etdirilib. Tədbirdə Azərbaycanla bağlı müsabiqə keçirilib və qaliblərə ölkəmizlə bağlı hədiyyələr təqdim olunub.

Son xəbərlər

Orphus sistemi