Azərbaycanlı gənc beynəlxalq müsabiqədə dünya birincisi olub

Azərbaycanlı gənc beynəlxalq müsabiqədə dünya birincisi olub Türkiyədə yaşayan həmvətənimiz, memar Aysel Abasova Britaniya Şurasının (British Council) keçirdiyi “Hədəf sıfır innovasiya” adlı beynəlxalq müsabiqədə dünya birincisi olub.
Mədəniyyət siyasəti
30 Sentyabr , 2021 15:09
Azərbaycanlı gənc beynəlxalq müsabiqədə dünya birincisi olub

Türkiyədə yaşayan həmvətənimiz, memar Aysel Abasova Britaniya Şurasının (British Council) keçirdiyi “Hədəf sıfır innovasiya” adlı beynəlxalq müsabiqədə dünya birincisi olub.

"Report"un məlumatına görə, iqlim dəyişikliklərinə həsr olunan və gənclərə yenilikçi fikirlərini inkişaf və tətbiq etməyə imkan yaradan yarışa 43 ölkədən 243 iştirakçı qatılıb.

Türkiyəni təmsil edən A.Abasova birdəfəlik plastik tullantıları təkrar emal edərək qida tullantıları üçün xüsusi qab – “bokashi kova” (yaponca termin olan bokashi – qida tullantılarının torpağı münbitləşdirən qatqıya çevrilməsi deməkdir; kova – türkcə dolça, vedrə) hazırlayıb.

Onun layihəsinə uyğun olaraq toplanmış plastik məmulatları təkrar emal etməklə hazırlanan zibil qutusuna atılmış qida tullantılarına xüsusi maddə əlavə etməklə gübrə hazırlamaq mümkün olacaq.

Layihənin əsas məqsədi ətraf mühiti qorumaq, qlobal istiləşmənin qarşısının alınmasına töhfə verməkdir.

A.Abasova həm də “The Back Lab” şirkətinin qurucusudur.

Son xəbərlər

Orphus sistemi