“Türk Evi”ndə “Novruz möcüzələri” adlı uşaq rəsm sərgisi keçirilib

“Türk Evi”ndə “Novruz möcüzələri” adlı uşaq rəsm sərgisi keçirilib Nyu-Yorkda fəaliyyət göstərən “Türk Evi”ndə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəliyinin və Türk Dövlətləri Təşkilatının üzvləri və müşahidəçi ölkələrin BMT-dəki daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə türk öl
Mədəniyyət siyasəti
22 Mart , 2024 06:48
“Türk Evi”ndə “Novruz möcüzələri” adlı uşaq rəsm sərgisi keçirilib

Nyu-Yorkda fəaliyyət göstərən “Türk Evi”ndə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəliyinin və Türk Dövlətləri Təşkilatının üzvləri və müşahidəçi ölkələrin BMT-dəki daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə türk ölkələrini təmsil edən istedadlı gənc rəssamların əsərlərindən ibarət “Novruz möcüzələri” adlı uşaq rəsm sərgisi keçirilib.

“Report”un ABŞ bürosu xəbər verir ki, sərginin açılışında Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Şimali Kipr Türk Respublikası, Türkmənistan və Özbəkistanın BMT-dəki daimi nümayəndəliklərinin səfirləri və diplomatları iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin müşaviri Leyla Novruz bildirib ki, sərginin təşkil olunmasında məqsəd Novruz bayramının Amerikada yaşayan uşaqların gözü ilə dünyaya təqdim etməkdir.

Diplomat bildirib ki, sərgi vasitəsi ilə uşaq rəssamlar Novruz bayramının tarixi, atributları və möcüzələri haqqında yerli ictimaiyyəti məlumatlandırıblar:

“Novruz yeniliyin və harmoniyanın rəmzidir. Rəngarəng Novruz özündə ümumbəşəri dəyərləri, adət-ənənələrimizi, qonaqpərvərliyi və tolerantlığı özündə əks etdirir. Mən bu sərginin keçirilməsində əməyi olan Türk ölkələrinin BMT-dəki daimi nümayəndəliklərinə və gənc rəssamlarımıza, eləcə də Türkiyənin Nyu-Yorkdakı Baş Konsulu Reyhan Özgürə və bu sərgiyə ev sahibliyi edən “Türk Evi”nə təşəkkürümü bildirirəm”.

Xatırladaq ki, sərgidə 5-16 yaş arasında, o cümlədən ABŞ-da yaşayan iki azərbaycanlı məktəbli - Kamal Novruz (12 yaş) və Leyla Alisoyun (12 yaş) da əsərləri də nümayiş olunub.

Sonda sərgidə əsərləri nümayiş olunan 32 həvəskar rəssama səfirlər və diplomatlar tərəfindən sertifikatlar təqdim olunub.

Azərbaycanın BMT yanında daimi nümayəndəsinin müavini Tofiq Musayev sərgidə ölkəmizi təmsil edən Kamal Novruza və Leyla Alisoya sertifikatlar təqdim edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Son xəbərlər

Orphus sistemi