"The Beatles"ın "Let It Be" albomu yenidən buraxılacaq

"The Beatles"ın "Let It Be" albomu yenidən buraxılacaq "The Beatles" qrupunun daha əvvəl yayımlanmayan "Rock Cult" kompozisiyası da daxil olmaqla "Let It Be" albomu yenidən buraxılacaq.
Mədəniyyət siyasəti
27 Avqust , 2021 20:50
The Beatlesın Let It Be albomu yenidən buraxılacaq
Rock Cult

"The Beatles" qrupunun daha əvvəl yayımlanmayan "Rock Cult" kompozisiyası da daxil olmaqla "Let It Be" albomu yenidən buraxılacaq.

"Report" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, albomun 2021-ci il oktyabrın 15-də buraxılması nəzərdə tutulur.

Albomun yeni versiyasında əvvəllər yayımlanmamış 27 kompozisiya, həmçinin prodüser Glyn Jonsun 14 parçalı "Get Back" miksi olacaq.

Qeyd edək ki, qrup 1963-cü ildə "Please Please Me" sinqlını buraxdıqdan sonra dünyada tanınmağa başlayıb. O vaxtdan bəri dünyada "bitlomaniya" xəstəliyi başlayıb. Mövcud olduğu dövrlərdə qrup dünya musiqisinin inkişafına böyük təsir göstərib. Qrup üzvləri ayrılıqdan sonra tək-tək bir neçə layihədə iştirak ediblər. Amma ciddi mənada bir araya gəlmələri mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi