Tərlan Manafov: “Qobustan kodu” sərgisi tarixi qoruğun müqəddəsliyini təbliğ etmək məqsədi daşıyır

Tərlan Manafov: “Qobustan kodu” sərgisi tarixi qoruğun müqəddəsliyini təbliğ etmək məqsədi daşıyır “Qobustan kodu” sərgisi Qobustan Tarix-Bədii Qoruğunun müqəddəsliyini təbliğ etmək məqsədi daşıyır.
Mədəniyyət siyasəti
9 Noyabr , 2024 13:22
Tərlan Manafov: “Qobustan kodu” sərgisi tarixi qoruğun müqəddəsliyini təbliğ etmək məqsədi daşıyır
Tərlan Manafov

“Qobustan kodu” sərgisi Qobustan Tarix-Bədii Qoruğunun müqəddəsliyini təbliğ etmək məqsədi daşıyır.

“Report” xəbər verir ki, bunu sərginin kuratoru Tərlan Manafov deyib.

Onun sözlərinə görə, mənəvi təcrübələr və ezoterik turizm çox populyarlaşıb və Qobustan insanların mənəvi maariflənmə tapa biləcəyi məkandır.

“Hər kəs mistik və ecazkar bir şey tapmaq üçün Hindistana, Tibetə, Baliyə getməyə öyrəşib. Qobustan da belə yerlərdəndir və biz onu populyarlaşdırmağı planlaşdırırıq”, - Manafov bildirib.

O qeyd edib ki, 8 min qayaüstü rəsmdən yalnız 5-i seçilib və onların əsasında sərgi ekspozisiyası yaradılıb.

“Sərgi insanlarda maraq yaratmaq məqsədi daşıyır. Qoy bilsinlər ki, Qobustan planetimizin unikal məkanlarındandır”, - kurator vurğulayıb.

Qeyd edək ki, “Nine senses” incəsənət mərkəzində qədim Qobustan petroqliflərinə həsr olunmuş “Qobustan kodu” adlı sərgi keçirilir.

Son xəbərlər

Orphus sistemi