Musiqili Teatr "Formula 1” həftəsində xüsusi repertuarla çıxış edəcək

Musiqili Teatr "Formula 1” həftəsində xüsusi repertuarla çıxış edəcək Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ölkəmizdə 4-cü dəfə keçiriləcək dünyaca məşhur olan bu beynəlxalq idman tədbirinə yüksək səviyyədə hazırlaşıb, yarış iştirakçılarının, şəhərimizin çoxsaylı qonaqlarının mədəni istirahətlərinin lazımi səviyyədə təmin etmək üçün bütün təşkilati məsələləri həll edib.
Mədəniyyət siyasəti
18 Aprel , 2019 18:58
Musiqili Teatr Formula 1” həftəsində xüsusi repertuarla çıxış edəcək

"Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ölkəmizdə 4-cü dəfə keçiriləcək dünyaca məşhur olan bu beynəlxalq idman tədbirinə yüksək səviyyədə hazırlaşıb, yarış iştirakçılarının, şəhərimizin çoxsaylı qonaqlarının mədəni istirahətlərinin lazımi səviyyədə təmin etmək üçün bütün təşkilati məsələləri həll edib".

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev deyib.

"Ölkəmizin bu mötəbər idman yarışmasına 4-cü dəfə ev sahibliyi etməsi işimizdə məsuliyyətimizi daha da artırır. Akademik Musiqili Teatr yarış günlərində xüsusi repertuarla çıxış edəcək. Aprelin 26-sı saat 19:00-da "Kimdir müqəssir?” (Ə.Haqverdiyev), 27-si saat 19:00-da "Arşın mal alan” (Ü.Hacıbəyli), 28-i saat 19:00-da isə "O olmasın, bu olsun” (Ü.Hacıbəyli) səhnə əsərləri nümayiş olunacaq. Tamaşaların ingilis dilində tərcüməsi əcnəbi qonaqlarımıza titrlər vasitəsilə göstəriləcək. Ümumiyyətlə, son illər Teatrımız beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak etmək üçün ölkəmizə gələn qonaqları, turistləri yüksək səviyyədə qəbul edir, onların mədəni istirahətləri üçün lazım olan hər cür şərait yarada bilir. Əcnəbi qonaqların teatrımızla tanışlığı onlarda Azərbaycan mədəniyyəti və incəsənəti haqqında xoş təəssüratlar oyadır", - Ə.Lalayev qeyd edib.

Son xəbərlər

Orphus sistemi