Tbilisidə “Türk mədəniyyətindən izlər” adlı sərgi açılıb

Tbilisidə “Türk mədəniyyətindən izlər” adlı sərgi açılıb Tbilisi Tarix Muzeyində “Türk mədəniyyətindən izlər” adlı sərgi açılıb.
Mədəniyyət siyasəti
404
8 İyun , 2021 16:09
Tbilisidə “Türk mədəniyyətindən izlər” adlı sərgi açılıb

Tbilisi Tarix Muzeyində “Türk mədəniyyətindən izlər” adlı sərgi açılıb.

“Report”un yerli bürosu xəbər verir ki, sərgini Tbilisi Yunus Əmrə İnstitutu və Gürcüstan Milli Muzeyi birgə təşkil edib.

Açılış mərasimində iştirak edən Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan deyib ki, sərgi Tbilisi sakinləri və qonaqlarına Türkiyəni bir daha xatırladacaq: “Pandemiya səbəbindən Türkiyəyə səfər edə bilməyənlər üçün sərginin maraqlı olacağını düşünürəm. Ümid edirəm ki, sərgi böyük həvəslə ziyarət olunacaq”.

Tədbirdə iştirak edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında qardaş ölkənin mədəniyyətinə həsr olunan sərgidə iştirakdan böyük məmnunluq hissi keçirdiyini bildirib. O, sərgidə Türkiyənin zəngin mədəniyyətinin təqdim olunduğunu qeyd edib. Tədbirin təşkilatçılarına minnətdarlıq edən səfir 10 gün davam edəcək sərginin Gürcüstanda yaşayan soydaşlarımız tərəfindən də böyük maraqla qarşılanacağına əminliyini ifadə edib.

Mərasimdə Gürcüstan Milli Muzeyinin direktor müavini Mixeil Tsereteli, Yunus Əmrə İnstitutunun Tbilisi üzrə koordinatoru Ali Oğuzhan Yüksel, TİKA təşkilatının Gürcüstan koordinatoru Necla Demirdağ, azərbaycanlı, türkiyəli, gürcü gənclər, iş adamları, mədəniyyət xadimləri iştirak ediblər.

İyunun 18-dək davam edəcək sərgidə Türkiyənin tarixi, mədəniyyəti, ədəbiyyatı, mətbəx nümunələri, məişət predmetləri, adətləri, memarlıq incilərini əks etdirən 60-dan çox fotoşəkil təqdim olunub. Fotoşəkillərdə üzərilərində əks olunan nümunələr barədə türk, gürcü və ingilis dillərində məlumatlar da yer alıb.

Son xəbərlər

Orphus sistemi