Tbilisidə azərbaycanlı gənc rəssamın Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi rəsm sərgisi açılıb

Tbilisidə azərbaycanlı gənc rəssamın Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi rəsm sərgisi açılıb Bu gün Gürcüstanın paytaxtı Tbilisidə M.F.Axundzadə adına Azərbaycan mədəniyyəti muzeyinin rəsm qalereyasında azərbaycanlı gənc rəssam Şenay Sadiqin Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi rəsm sərgisi açılıb.
Mədəniyyət siyasəti
24 Oktyabr , 2023 22:18
Tbilisidə azərbaycanlı gənc rəssamın Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi rəsm sərgisi açılıb

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə M.F.Axundzadə adına Azərbaycan mədəniyyəti muzeyinin rəsm qalereyasında azərbaycanlı gənc rəssam Şenay Sadiqin Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi rəsm sərgisi açılıb.

"Report"un yerli bürosu xəbər verir ki, sərginin açılışında Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay, diplomatlar, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət numayəndələri iştirak ediblər.

Sərgidə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş 20-dən çox əsər nümayiş etdirilir. Əsərlər içərisində Qazi Mustafa Kamal Atatürkün, Çanakkala Savaşının, türk əsgərlərinin rəsmləri yer alıb.

Ş.Sadiq bildirib ki, çəkdiyi rəsmlərlə təkcə özünün deyil, bütün azərbaycanlıların qardaş Türkiyəyə olan sevgisini ifadə etmək istəyib.

Son xəbərlər

Orphus sistemi