Türkiyənin Prezident Administrasiyası himayəsində bu ölkənin Mədəniyyət Nazirliyi tərəfindən ikincisi nəzərdə tutulan “Türk Mətbəxi Həftəsi” Şəmkir rayonunda da keçirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, tədbirdə Gəncə, Naftalan, Samux, Göygöl, Şəmkir icra başçıları ilə yanaşı, Qərb bölgəsi üzrə hotel, restoran sahibləri, sənətçilər ve media nümayəndələri iştirak edib.
Qeyd edək ki, yüz illərdən bəri mədəni irs, adət-ənənə, hekayə və dərin bir təcrübənin əsəri olan zəngin Türk Mətbəxi, həftəsi 21-27 May tarixləri arasında Bakı və Naxçıvanda da keçirilib.
Tədbirdə özgün mətbəxi ilə məşhur şəhərlər arasında yer alan Hatay mətbəxinə məxsus yemeklər təqdim edilib. Hatay mətbəxi, özünəməxsus səhər və 650-dən artıq digər yeməkləri ilə diqqət çəkməkdədir.