Yuxarı
    Bağlamaq

    Dövlət Xidməti: Şəkidə baş verən zəlzələdə mədəniyyət abidələrinə ciddi ziyan dəyməyib

    Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları sentyabr 4-də Şəkidə baş verən zəlzələ ilə bağlı monitorinqlər aparıb

    Bakı. 9 sentyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları sentyabr 4-də Şəkidə baş verən zəlzələ ilə bağlı monitorinqlər aparıb. Nəticədə zəlzələ zamanı tarix və mədəniyyət abidələrinə, qoruqlara ciddi ziyan dəymədiyi müəyyən edilib.

    "Report" xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisi Zakir Sultanov adından yayılan açıqlamada qeyd olunub.

    Xatırladaq ki, buna qədər Dövlət Xidmətinin Şəkidə yerləşən tarix və mədəniyyət abidələrində təmir bərpa işləri aparılıb, bundan sonra da bu prosesin davam etdiriləcəyi bildirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi