Yuxarı

Səfirlik: II Ümumdünya Köçəri Oyunlarına Azərbaycandan böyük nümayəndə heyəti gələcək

Oyunlar Türkdilli dövlətlər arasında əməkdaşlığın və dostluğun daha da genişlənməsinə və dərinləşməsinə xidmət edir

Bakı. 3 avqust. REPORT.AZ/ Bu il sentyabrın 3-dən 8-dək Qırğızıstanda keçiriləcək II Ümumdünya Köçəri Oyunlarına Azərbaycandan böyük nümayəndə heyəti gələcək.

Bu barədə "Report"a Azərbaycanın Qırğızıstandakı səfirliyindən bildiriblər.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə II Ümumdünya Köçəri Oyunlarında ölkəmizi Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovun başçılıq etdiyi böyük heyət təmsil edəcək. Eyni zamanda oyunların bədii hissəsində Azərbaycanın incəsənət ustalarının çıxışı gözlənilir.

Səfirlikdən qeyd edilib ki, Ümumdünya Köçəri Oyunları 16 avqust 2013-cü ildə Azərbaycanın Qəbələ şəhərində keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının Üçüncü Zirvə Toplantısında qəbul edilən qərara əsasən keçirilir. "Bu oyunlar Türkdilli dövlətlər arasında əməkdaşlığın və dostluğun daha da genişlənməsinə və dərinləşməsinə xidmət edir", - diplomatik missiyadan deyiblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi