Səfir: Bakı ilə Budapeşt arasında mədəni əməkdaşlığın genişləndirilməsini səbirsizliklə gözləyirik

Səfir: Bakı ilə Budapeşt arasında mədəni əməkdaşlığın genişləndirilməsini səbirsizliklə gözləyirik Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin birinci katibi Aysel İbrahimlini qəbul edib.
Mədəniyyət siyasəti
30 May , 2024 00:30
Səfir: Bakı ilə Budapeşt arasında mədəni əməkdaşlığın genişləndirilməsini səbirsizliklə gözləyirik

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin birinci katibi Aysel İbrahimlini qəbul edib.

“Report” xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə bildirib.

“Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin birinci katibi Aysel İbrahimlini səfirlikdə salamlamaqdan çox məmnun oldum. Azərbaycan və Macarıstan arasında mədəni əməkdaşlığın genişləndirilməsi üçün gələcək layihələri səbirsizliklə gözləyirik”, – paylaşımda diqqətə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi