Şəfiqə Məmmədova: "Ulu Öndər Heydər Əliyev kino sənətini çox sevirdi və layiqincə qiymətləndirirdi"

Şəfiqə Məmmədova: "Ulu Öndər Heydər Əliyev kino sənətini çox sevirdi və layiqincə qiymətləndirirdi" "Ulu Öndər Heydər Əliyev kino sənətini çox sevirdi və layiqincə də qiymətləndirirdi. Bu sahədə problemlərin həlli və uğurlu layihələr də məhz onun adı ilə bağlı idi".
Mədəniyyət siyasəti
20 Aprel , 2023 12:24
Şəfiqə Məmmədova: Ulu Öndər Heydər Əliyev kino sənətini çox sevirdi və layiqincə qiymətləndirirdi
Şəfiqə Məmmədova

"Ulu Öndər Heydər Əliyev kino sənətini çox sevirdi və layiqincə də qiymətləndirirdi. Bu sahədə problemlərin həlli və uğurlu layihələr də məhz onun adı ilə bağlı idi".

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri, Xalq artisti Şəfiqə Məmmədova “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bəzən yayımına icazə verilməyən filmlər olurdu: "Ancaq Ulu Öndərin köməyi ilə həmin filmlər nümayiş olunurdu və sonradan ən populyar ekran işi olurdu. Buna "Bir cənub şəhərində" ekran işini nümunə göstərmək olar. Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə kinonun həyatında əsl dönüş yarandı".

Son xəbərlər

Orphus sistemi