Nazir müavini: Oqtay Şıxəliyevin yaradıcılıq dünyası özünəməxsusluğu ilə seçilir

Mədəniyyət siyasəti
  • 11 noyabr, 2026
  • 18:27
Nazir müavini: Oqtay Şıxəliyevin yaradıcılıq dünyası özünəməxsusluğu ilə seçilir

Xalq rəssamı Oqtay Şıxəliyevin yaradıcılıq dünyası özünəməxsusluğu ilə seçilir.

"Report"un məlumatına görə, bu fikirləri mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq rəssamı Oqtay Şıxəliyevin 95 illik yubileyinə həsr olunmuş "Mozaika və rəngkarlıq dünyası" adlı sərgisinin açılışında bildirib.

Onun sözlərinə görə, Xalq rəssamının Azərbaycan təsviri sənətinin inkişafında əvəzsiz xidmətləri olub:

"Bu zəngin yaradıcılığının izləri bu gün də Bakıda, eləcə də digər şəhər və rayonlarımızda qalmaqdadır".

Səadət Yusifova bildirib ki, Oqtay Şıxəliyevin əsərlərində müxtəlif janr və texnikalar özünü biruzə verir:

"Burada nümayiş olunan sərgi rəssamın yaradıcılıq dünyasına səyahət etmək üçün yaxşı fürsətdir. Əminik ki, sərgi bu irsin gələcək nəsillərə çatdırılmasına və gənclərin incəsənətə olan marağının artırılmasına öz töhfəsini verəcək".

44 filmi