“Sarıqamış”da əsir düşən hərbçilərin xatirəsinə tamaşa hazırlanıb

“Sarıqamış”da əsir düşən hərbçilərin xatirəsinə tamaşa hazırlanıb Bakı. 18 oktyabr. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfirliyinin himayəsi və TÜİB-in dəstəyi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşa nümayiş olunacaq.
Mədəniyyət siyasəti
18 Oktyabr , 2018 17:18
“Sarıqamış”da əsir düşən hərbçilərin xatirəsinə tamaşa hazırlanıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfirliyinin himayəsi və TÜİB-in dəstəyi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşa nümayiş olunacaq.

"Report" xəbər verir ki, tamaşa 1914-1915-ci illərdə rus-türk cəbhəsində "Sarıqamış” əməliyyatında əsir düşmüş və Nargin adasında çox ağır şəraitdə saxlandıqlarına görə əksəriyyəti həlak olmuş, minlərlə türk hərbçilərinin və azərbaycanlı mülki vətəndaşların xatirəsinə ithaf olunub. Tamaşa oktyabrın 24-də 20.00-da nümayiş etdiriləcək.

Azərbaycan və Türkiyənin rəsmi şəxsləri də tamaşaya baxmağa gələcəklər.

Son xəbərlər

Orphus sistemi