​Sabah Azərbaycan Milli İncəsənət Muzeyində “Gürcüstandan sevgi ilə” adlı sərgi keçiriləcək

​Sabah Azərbaycan Milli İncəsənət Muzeyində “Gürcüstandan sevgi ilə” adlı sərgi keçiriləcək Sərgi iki həftə davam edəcək
Mədəniyyət siyasəti
17 Noyabr , 2014 13:12
​Sabah Azərbaycan Milli İncəsənət Muzeyində “Gürcüstandan sevgi ilə” adlı sərgi keçiriləcək
Bakı.17 noyabr. REPORT.AZ/ Sabah - noyabrın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində 62 rəngkar və qrafik rəssamın 130-a yaxın əsərinin nümayiş olunacağı "Gürcüstandan sevgi ilə" adlı sərgi keçiriləcək

"Report" xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Sərgi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Gürcüstan Mədəniyyət və Abidələri Mühafizə Nazirliyi, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və Gürcüstan Rəssamlarının Yaradıcılıq Birliyinin birgə təşəbbüsü ilə gerçəkləşəcək.

Bakıdakı bu sərgi milli incəsənət prosesinin bir hissəsinə həsr olunub və Gürcüstanın bütün müasir incəsənətini əks etdirmir. Əsərləri sərgilənən rəssamların (Mamuka Tsetsxladze, Şalva Matuaşvili, Ömər Kaçkaçişvili, Camal Kuxalaşvili Laşa Kuxalaşvili və digərləri) üslubunda bədii hədəflər fərqinə baxmayaraq, milli təcrübə, zəngin ənənələrlə sıx əlaqəsini qoruyub saxlaya bilib.

Sərgi iki həftə davam edəcək.

Son xəbərlər

Orphus sistemi