Yuxarı

Rusiyanın tanınmış memarı vəfat edib

İqor Tajiyev Moskva Cümə məscidinin layihəsinin müəllifi olub

Bakı. 23 avqust. REPORT.AZ/ Moskva Cümə məscidi kompleksinin müəllifi, Rusiya paytaxtının fəxri memarı İqor Tajiyev vəfat edib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, 69 yaşlı memar keçirdiyi insult nəticəsində dünyasını dəyişib.

O, Novodeviçe qəbristanlığında atasının məzarının yanında dəfn olunub.

Ümumiyyətlə, İqor Tajiyevin ən məşhur əsərləri arasında Moskva Cümə məscidi, Ryazanda tikilən Provaslav məbədi də var. O, həmçinin, Nijeqorod vilayətində Müsəlman Mədəniyyət Mərkəzinin və Çeçenistan Respublikasında Şali məscidinin layihəsini hazırlayıb. 

İ.Tajiyev A.P.Çexov adına Moskva Bədaye Teatrının səhnəsində aparılan bərpa işlərinin də müəllifi olub.

Xatırladaq ki, İ.Tajiyev məşhur memar İbrahim Tajiyevin oğludur. İbrahim Tajıyev Qazaxıstanın tanınmış memarı, dövlət xadimi və sovet dövründə Qazaxıstan SSRİ-nin energetika nazirinin müavini olub.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi