Bakı. 4 mart. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşlarına minnətdarlığını bildirib.
"Report" Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı bu barədə sərəncam imzalayıb.
V.Putin Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsinə verdiyi böyük töhfələrə və Rusiya teatr sənəti ənənələrinin inkişafına görə teatra təşəkkür edib.