Riqada Azərbaycan xalçalarının sərgisi açılır

Riqada Azərbaycan xalçalarının sərgisi açılır Bu gün Latviyanın paytaxtı Riqada “Toxunmuş nar: Azərbaycanın əzəmətli xalçaları” adlı Azərbaycan xalçalarının sərgisi açılır.
Mədəniyyət siyasəti
2 Noyabr , 2024 17:16
Riqada Azərbaycan xalçalarının sərgisi açılır

Bu gün Latviyanın paytaxtı Riqada “Toxunmuş nar: Azərbaycanın əzəmətli xalçaları” adlı Azərbaycan xalçalarının sərgisi açılır.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, Riqa Yeni Sənət Muzeyində keçiriləcək və dekabrın sonunadək davam edəcək sərgidə Azərbaycanın xalçaçılıq ənənələrindən danışılacaq, əl işi olan bir neçə xalça təqdim ediləcək.

O cümlədən “Azərxalça”nın rəssam Samirə Allahverdiyevanın əsərləri əsasında toxuduğu xalçalar təqdim olunacaq.

Sərginin əsas motivi Azərbaycan mədəniyyətində bolluq və birlik rəmzlərindən biri olan nardır.

“Nar təsvirinə Azərbaycanda həm toxunmuş xalçalarda, həm də müxtəlif sənət əsərlərində çox tez-tez rast gəlinir. Üstəlik, Azərbaycanda hər il xüsusi “Nar festivalı” keçirilir”, - Riqa Yeni Sənət Muzeyinin layihə koordinatoru Yuliya Trofimova bildirib.

Sərgi Azərbaycanın Latviyadakı səfirliyi və “Azərxalça” şirkətinin əməkdaşlığı ilə təşkil olunub.

Son xəbərlər

Orphus sistemi