Rasim Balayev Kino forumunda: "Bu gün dərdlərdən danışmaq lazımdır"

Rasim Balayev Kino forumunda: "Bu gün dərdlərdən danışmaq lazımdır" "Bu gün dərdlərdən danışmaq lazımdır".
Mədəniyyət siyasəti
20 Aprel , 2023 11:45
Rasim Balayev Kino forumunda: Bu gün dərdlərdən danışmaq lazımdır
Rasim Balayev

"Bu gün dərdlərdən danışmaq lazımdır".

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino forumunda çıxışı zamanı deyib.

"Bir neçə təklifim var. "Azərbaycanfilm" bir neçə illər dövlət dotasiyasında olmalıdır, demirəm ki, həmişəlik. Sadəcə özünə müəyyən yol tapana kimi maliyyə dəstəyi olmalıdır ki, kino biznesinə qatılsın", - o, əlavə edib.

"Bu günə kimi kimsə bizi bir araya gətirmədi ki, dərdiniz nədir?! Demirdilər ki, neçə ildir çətinlik çəkirsiniz, nə edək? Heç kim maraqlanmırdı. Cənab nazir, çox sağolun bunu etdiniz", - R.Balayeb bildirib.

O deyib ki, bugünkü gənclərin nəyə qadir olmasını bilmək olmur:

"Əvvəl heç olmasa debütlər olurdu. Debütləri də hər yoldan keçənə yox, ümid verən şəxslərə verirdilər. Debütü canlandırmaq lazımdır. Mütəxəssis məsələsi də əsasdır. Uzun illər sovetlər birliyinin pis-yaxşı strukturu var idi. Təxminən 6 il heç bir film çəkilmədi və həmin müddətdə zəncirin ucunu itirdik. Yeni nəsil gəlməlidir. Etiraf edirəm ki, bu gün kino sahəsində 5-6 yaxşı rejissor var və özlərini də sübut ediblər. Onlar da artıq yaşlaşırlar".

"İncəsənət Akademiyasının üzərinə kölgə salmaq istəmirəm. Aktyoru rejissorlar düzəldə bilər, amma əsas ssenari və rejissordur. Müsabiqə keçirilsin, heç olmasa ildə bir dəfə rejissor operator, ssenarist və ya lazım olsa prodüseri xaricə təhsilə göndərilsin. Zamanında bir iki türk filminə çəkildim. Mən ora gedəndə türk filmi zəif idi. Söhbət 1992-ci ildən gedir. Sonradan aktyorları xaricə təhsilə göndərdilər. Bu gün isə türk kino məktəbi çox güclüdür. Bu da təhsilin nəticəsidir. Biz də bu gündən başlasaq təxminən 6 ildən sonra nəticəsini görəcəyik. Nazirlikdən xahiş edirəm ki, ödənişli olsa da, heç olmasa ildə 4 nəfər xaricə təhsilə göndərilsin", - Xalq artisti əlavə edib.

O, həmçinin yeni yaradılan Kino agentliyinə vətənpərvər, kino sahəsindən anlayışı olan və qədrini bilən insanların işə götürülməsini təklif edib:

"Prokat məsələsi də ciddi problemdir. Bu gün kinoya xərc çəkilir və bunu da geri götürməlidir. Bu məsələ də bərpa olunsun ki, filmlər kinoteatrlarda nümayiş olunsun. Qarabağ haqqında da film çəkmək lazımdır.

Heç olmasa qəhrəmanların bir hissəsinin qəhrəmanlıqlarını göstərmək lazımdır.
Biz dünya arenasına çıxmalıyıq. Dramaturq və rejissorlar ümumbəşəri filmlər çəkməlidir. Dramaturqlar yetişməlidir".

Son xəbərlər

Orphus sistemi