Qubada milli azlıqların mətbəxi nümayiş olunub

Qubada milli azlıqların mətbəxi nümayiş olunub Quba. 30 avqust. REPORT.AZ/ Quba rayonunda “Regionun mətbəx günü” adlı milli yemək festivalı keçirilib.
Mədəniyyət siyasəti
30 Avqust , 2018 18:35
Qubada milli azlıqların mətbəxi nümayiş olunub

Quba. 30 avqust. REPORT.AZ/ Quba rayonunda “Regionun mətbəx günü” adlı milli yemək festivalı keçirilib. 

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Mədəniyyət Nazirliyinin Xaçmaz regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə ölkəmizin şimal bölgəsinə məxsus milli yeməklər nümayiş etdirilib.

Festivalda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndə yaşayan milli azlıqların mətbəxtinə məxsus olan 130 növdən çox milli mətbəx nümunələri olan xörək və şirniyyatlar nümayiş olunub.

Festivalda çıxış edən Xaçmaz regional Mədəniyyət idarəsinin rəisi Nazim Ağayev bildirib ki, Azərbaycan zəngin mətbəxə malikdir: "Bu festival beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək məqsədini daşıyır. Həmçinin bədxah qonşularımızın milli mətbəximizə olan iddiaları tərəfimizdən təxirə salınmadan alınmalıdır". 

Festival maraqlı konsert proqramı ilə davam edib.

Son xəbərlər

Orphus sistemi