Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti kamera konserti olub

Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti kamera konserti olub İyulun 27-dən başlanan XIII Qəbələ Beynəlxalq Musiqi Festivalında artıq son akkordlar çalınır. Proqrama uyğun olaraq, festivalın sonuncu günü - avqustun 2-də axşam saatlarında Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə növbəti kamera konserti təqdim
Mədəniyyət siyasəti
2 Avqust , 2023 23:50
Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti kamera konserti olub

İyulun 27-dən başlanan XIII Qəbələ Beynəlxalq Musiqi Festivalında artıq son akkordlar çalınır. Proqrama uyğun olaraq, festivalın sonuncu günü - avqustun 2-də axşam saatlarında Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə növbəti kamera konserti təqdim olunub.

"Report" xəbər verir ki, kamera musiqisi axşamında tamaşaçılar Xalq artistləri Ülviyyə Hacıbəyova (piano), Gülnaz İsmayılova (soprano), respublika və beynəlxalq müsabiqələr laureatları Səidə Tağızadə (piano), Ümidə Abasova (skripka) və Prezident təqaüdçüsü Vurğun Vəkilovun (piano) ifasında Avropa və Azərbaycan bəstəkarlarının əsərlərini dinləyiblər.

Konsertdə Fərhad Bədəlbəylinin “Şuşa xatirələri”, “Vokaliz”, Niyazinin “Rast” simfonik muğamından fraqmentlər, Qara Qarayevin “Sonatina”, Sevda Məmmədlinin “Laçın balladası”, Sergey Raxmaninovun “Fuqa re minor”, Emin Sabitoğlunun “Dədə Qorqud” kinofilminin musiqi mövzuları əsasında popurri, Fikrət Əmirovun “Min bir gecə” baletindən fraqmentlər, Vasif Adıgözəlovun “Bakı” əsəri səsləndirilib.

Son xəbərlər

Orphus sistemi