Qarabağın 22 görkəmli şəxsiyyətinin təsvirləri Azərbaycanın ipək yaylıqlarının üzərində əks etdirilib

Qarabağın 22 görkəmli şəxsiyyətinin təsvirləri Azərbaycanın ipək yaylıqlarının üzərində əks etdirilib Qarabağın 22 görkəmli şəxsiyyətinin təsvirləri Azərbaycanın ipək yaylıqlarının üzərində əks etdirilib.
Mədəniyyət siyasəti
27 May , 2024 19:44
Qarabağın 22 görkəmli şəxsiyyətinin təsvirləri Azərbaycanın ipək yaylıqlarının üzərində əks etdirilib

Qarabağın 22 görkəmli şəxsiyyətinin təsvirləri Azərbaycanın ipək yaylıqlarının üzərində əks etdirilib.

"Report" xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə ərsəyə gələn və ipək yaylıqların sərgiləndiyi "Qarabağın cizgiləri" sərgisi 28 may - Azərbaycanın Müstəqillik Gününə həsr olunub.

Sərginin açılışında Fondun prezidenti Aktotı Raimkulova, ipək yaylıqların müəllifi, modelyer Gülnarə Xəlilova, millət vəkilləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Aktotı Raimkulova çıxış edərək, Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentini və bütün Azərbaycan xalqını təbrik edib. A. Raimkulova Türk Dünyasının ayrılmaz parçası olan Azərbaycana daimi sülh, firavanlıq və inkişaf arzuladığını vurğulayıb:

"Bugünkü layihələr Qarabağın tarixi-mədəni irsini fərqli sənət növləri ilə tanıtmaq məqsədi daşıyır. Layihələrin ideya müəllifi olduğu üçün Fondun ilk prezidenti Günay Əfəndiyevaya təşəkkür edirəm. Çox şadam ki, bugün hamımız ipək yaylıqların zərifliyində, eləcə də filmin kadrlarında Qarabağ irsinin sehrinə qərq olacağıq. İnanıram ki, Fondun bu layihələri Azərbaycanın tarixinin, mədəni irsinin, milli dəyərlərinin yaşadılmasına töhfə verəcəkdir".

Tədbirdə həmçinin Fond tərəfindən hazırlanan, Azərbaycanın görkəmli şairəsi, Qarabağ Xanlığının son varisi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunan "Şuşanın tək incisi" filminin təqdimatı da baş tutub. Film qonaqlar tərəfindən maraqla qarşılanıb.

Son xəbərlər

Orphus sistemi