Qarabağ Zəfərinə həsr olunan tamaşanın premyerası olacaq

Qarabağ Zəfərinə həsr olunan tamaşanın premyerası olacaq Dekabrın 10-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında şəhidlərə, qazilərə, əsgər övladlarımıza və Zəfərimizin əsas simasına çevrilən analarımıza həsr olunan "Bir nəfəs qədər" tamaşasının premyerası olacaq.
Mədəniyyət siyasəti
23 Noyabr , 2021 18:01
Qarabağ Zəfərinə həsr olunan tamaşanın premyerası olacaq

Dekabrın 10-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında şəhidlərə, qazilərə, əsgər övladlarımıza və Zəfərimizin əsas simasına çevrilən analarımıza həsr olunan "Bir nəfəs qədər" tamaşasının premyerası olacaq.

Teatrdan "Report"a verilən məlumata görə, SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan bu səhnə əsərinin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

Tamaşada eyni zamanda Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən də istifadə olunur.

Səhnə əsərində Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Mehriban Zaliyeva, Səmədzadə Xasıyev, Hidayət Əliyev, Əli Kərimov, Murad Əliyev iştirak edəcəklər.

Qeyd edək ki, bu tamaşa 12 dekabr tarixində saat 13:00 və 19:00-da bir daha göstəriləcək.

Səhnə əsərinə biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi