“Qarabağ Şikəstəsi”nin fortepiano kompozisiyası hazırlanıb

“Qarabağ Şikəstəsi”nin fortepiano kompozisiyası hazırlanıb Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə Oman Sultanlığında yaşayan həmvətənimiz, Sultan Qabus Universitetinin dosenti Vüsalə Əmirbəyovanın ifasında şanlı qələbəmiz münasibətilə “Qarabağ Şikəstəsi”nin fortepiano kompozisiyası ictimaiyyətə
Mədəniyyət siyasəti
204
20 Oktyabr , 2021 11:10
“Qarabağ Şikəstəsi”nin fortepiano kompozisiyası hazırlanıb

Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə Oman Sultanlığında yaşayan həmvətənimiz, Sultan Qabus Universitetinin dosenti Vüsalə Əmirbəyovanın ifasında şanlı qələbəmiz münasibətilə “Qarabağ Şikəstəsi”nin fortepiano kompozisiyası ictimaiyyətə təqdim edilib.

"Report" xəbər verir ki, oktyabrın 18-19-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində bu ölkədə fəaliyyət göstərən azərbaycanlı icması ilə görüş zamanı səsləndirilən əsər böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Oman Sultanlığının paytaxtı Maskatda yaşayan azərbaycanlı musiqiçi, Sənətşünaslıq üzrə Fəlsəfə doktoru Vüsalə Əmirbəyova Yaponiya, Sinqapur, Tailand, Rusiya, Almaniya, Böyük Britaniya kimi ölkələrdə keçirilən beynəlxalq festivallarda Azərbaycanı təmsil edərək bir çox mükafatlara layiq görülüb.

Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev, Üzəyir Hacıbəyli, Fikrət Əmirov, Cövdət Hacıyev yaradıcılığı ilə bağlı beynəlxalq konfranslarda təqdimatlar həyata keçirib.

Son xəbərlər

Orphus sistemi