"Qarabağ İlmələrdə” sənədli filminin təqdimat mərasimi keçirilib

"Qarabağ İlmələrdə” sənədli filminin təqdimat mərasimi keçirilib Nizami Kino Mərkəzində “Qarabağ İlmələrdə” sənədli filminin təqdimat mərasimi keçirilib.
Mədəniyyət siyasəti
28 Dekabr , 2021 16:25
Qarabağ İlmələrdə” sənədli filminin təqdimat mərasimi keçirilib

Nizami Kino Mərkəzində “Qarabağ İlmələrdə” sənədli filminin təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, film Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsini simvolizə edir.

Həmçinin filmdə Azərbaycan xalqının həmrəyliyi nümayiş etdirir.

Sənədli film “Qarabağ İlmələrdə” adlı sosial layihə çərçivəsində hazırlanıb.

Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşəbbüsü, Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə keçirilən sosial layihədə bir xalçanı 44 gün ərzində minlərlə insan toxuyub.

Filmin ssenari müəllifi Orxan Cabbarlı bildirib ki, sonuncu ilmələri Zəfər günü ərəfəsində işğaldan azad olunan Şuşa şəhərində vurulan xalçanın toxunma prosesi əvvəldən axıra qədər filmdə əks olunub: "Xüsusi avtomobildə daşınan xalçaya şəhid ailələri, müharibə iştirakçıları və müxtəlif bölgələrdə yaşayan vətəndaşlar ilmə ataraq, Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun rəhbərlik etdiyi Şanlı Ordumuz tərəfindən 44 günün sonunda düşmən üzərində qazanılan qələbənin yaşatdığı hissləri dilə gətiriblər".

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə layihənin əhəmiyyətindən danışıb. O, xalçanın "Azərxalça"nın Şuşa filialında nümayiş ediləcəyini deyib.

"Azərxalça"nın sədri Emin Məmmədov söyləyib ki, layihəyə 12 emalatxana, 16 toxucu cəlb edilib: "Əminəm ki, Şuşa Xalça Muzeyi bu yaxınlarda təmirdən sonra açılacaq. Bərpadan sonra əvvəlki xalçalar və yeni toxunan xalça muzeydə sərgilənəcək".

Filmin nümayişindən sonra Qarabağ “Çələbi” xalçasının kəsim mərasimi baş tutub.

Kəsimi şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova,
polkovnik-leytinant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, Denis Pronin Əliyevin həyat yoldaşı Aynur Əliyeva həyata keçirib.

Qeyd edək ki, filmin ssenari müəllifi Orxan Cabbarlı, quruluşçu rejissor Emil Babayev, rejissoru Bəhruz Qədirov, quruluşçu operatoru Böyükağa Nağıyevdir.

Son xəbərlər

Orphus sistemi