Prokurorluq əməkdaşları və veteranlar Opera və Balet Teatrında olub

Prokurorluq əməkdaşları və veteranlar Opera və Balet Teatrında olub Milli ruhlu kadrların yetişdirilməsi, onların mənəvi-estetik dünyagörüşünün formalaşdırılması, milli-mənəvi dəyərlərimiz haqqında maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, martın 16-da Azərbaycan Dövlət Akademik Opera və
Mədəniyyət siyasəti
17 Mart , 2022 10:57
Prokurorluq əməkdaşları və veteranlar Opera və Balet Teatrında olub

Milli ruhlu kadrların yetişdirilməsi, onların mənəvi-estetik dünyagörüşünün formalaşdırılması, milli-mənəvi dəyərlərimiz haqqında maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, martın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında prokurorluq orqanlarının kollektivi görkəmli bəstəkar Fikrət Əmirovun “Nizami” baletinə tamaşa ediblər.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Tədbirdə həmçinin, Baş Prokurorluğun rəhbərliyinin dəvəti ilə prokurorluğun veteran və pensiyaya çıxmış əməkdaşları öz ailə üzvləri ilə birlikdə iştirak edib.

Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin poetik sənətinin valehedici inciləri, onun çoxşaxəli, mistik, cazibədar dünyasını özündə ehtiva edən balet Azərbaycan mədəniyyətinin möhtəşəm töhfələrindən olmaqla izləyicilərin böyük marağına səbəb olub.

Prokurorluqda ictimai köməkçilər – könüllülərin də iştirak etdiyi mötəbər tədbirdə Nizami Gəncəvinin mədəni irsinin öyrənilməsi, eyni zamanda zəngin təcrübəyə malik prokurorluğun veteranları ilə gəncləri arasında səmimi və mehriban ünsiyyətin qurulması üçün fürsət yaranıb.

Son xəbərlər

Orphus sistemi