Azərbaycan Respublikasının Prezidenti
"Report"un məlumatına görə, bina ilə tanışlıq zamanı dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, burada Azərbaycan Mədəniyyət Mərkəzinin, həmçinin səfirliyimizin fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması nəzərdə tutulur.
Binada yüksək səviyyədə təmir-bərpa işlərinin aparılması planlaşdırılır.
Prezident İlham Əliyev binanın əsaslı təmir layihəsi və görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verdi.