Prezident “Azərxalça”ya 2 milyon manat ayırıb

Prezident “Azərxalça”ya 2 milyon manat ayırıb
Mədəniyyət siyasəti
25 İyul , 2018 17:53
Prezident “Azərxalça”ya 2 milyon manat ayırıb
Report
0 : 00
0 : 00

Bakı. 25 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev “Tərtər rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncama əsasən, 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2 milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

 Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.