​Polad Bülbüloğlu Dərbəndin 2000 illiyinə həsr olunan yubiley tədbirində çıxış edəcək

​Polad Bülbüloğlu Dərbəndin 2000 illiyinə həsr olunan yubiley tədbirində çıxış edəcək Proqrama əsasən, Azərbaycanın muğam üçlüyünün çıxışı da nəzərdə tutulub
Mədəniyyət siyasəti
19 Sentyabr , 2015 13:48
​Polad Bülbüloğlu Dərbəndin 2000 illiyinə həsr olunan yubiley tədbirində çıxış edəcək

Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycanın Rusiyadakı səfiri, məşhur bəstəkar və müğənni Polad Bülbüloğlu Dərbənd şəhərinin 2000 illik yubiley tədbirində çıxış edəcək. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yubiley tədbirlərinin keçirilməsi ilə bağlı proqramda bildirilib.

Proqrama əsasən, Rusiyanın müxtəlif regionlarından və xaricdən olan yaradıcı kollektivlər, həmçinin, qədim şərq xalq musiqi alətlərində etnik musiqi ifa edən Tacikistanın "Sadoi Xücənd" ansamblı və Azərbaycanın muğam üçlüyü çıxış edəcək.

Dərbənd şəhərinin 2000 illik yubiley tədbirlərinə Rusiya regionları və xarici ölkələrdən 40 nümayəndə heyəti gəlib. Buraya təxminən 5 minə yaxın qonağın gələcəyi gözlənilir. Onlar üçün möhtəşəm bayram proqramı hazırlanıb.

Son xəbərlər

Orphus sistemi