Polad Bülbüloğlu: "Andımıza sadiq qaldıq"

Polad Bülbüloğlu: "Andımıza sadiq qaldıq" "And içmişdim ki, Şuşa azad olunmayana qədər bu festival bir də keçirilə bilməz".
Mədəniyyət siyasəti
199
13 May , 2022 16:46
Polad Bülbüloğlu: Andımıza sadiq qaldıq
Polad Bülbüloğlu

"And içmişdim ki, Şuşa azad olunmayana qədər bu festival bir də keçirilə bilməz".

"Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

O bildirib ki, festival Şuşanın işğalından sonra təxirə salınmışdı:

"Andımıza sadiq qaldıq. Mən çox şadam ki, Şuşanın işğaldan azad olunmasından dərhal sonra cənab Prezident festivalın bərpası haqqında sərəncam verdi. Qarabağda, Şuşada yenidən olmaq, yenidən "Xarıbülbül" festivalında iştirak etmək böyük xoşbəxtlikdir".

Son xəbərlər

Orphus sistemi