Payızın caz improvizasiyaları: "Baku Jazz 2024" festivalı başlayır

Payızın caz improvizasiyaları: "Baku Jazz 2024" festivalı başlayır Payızın caz improvizasiyaları: "Baku Jazz 2024" festivalı oktyabrın 17-dən etibarən nümayiş olunur.
Mədəniyyət siyasəti
17 Oktyabr , 2024 11:31
Payızın caz improvizasiyaları: Baku Jazz 2024 festivalı başlayır

Payızın caz improvizasiyaları: "Baku Jazz 2024" festivalı oktyabrın 17-dən etibarən keçirilir.

"Report" xəbər verir ki, oktyabrın 17-dən 27-dək Beynəlxalq Muğam Mərkəzində, Konservatoriyada, Jolly Joker konsert meydançasında, Fairmont Baku otelindəki klubda və Azərbaycan Diplomatik Akademiyasında (ADA) tanınmış musiqiçilərin ifasında caz musiqisi səslənəcək.

Festivalın proqramına konsertlər, cem seanslarından əlavə ustad dərsləri və caz ulduzları ilə görüşlər, “İpək üzərində caz” sərgisi, “Jazz & Art” animasiya eskizləri, Best World Jazz Photo sərgisi, Bəhram Bağırzadənin “ Uşaqlar üçün caz” kitabının təqdimatı daxildir.

Bu il festivalda ənənəvi caz, etno-caz, bossa nova, caz-rok kimi üslublar nümayiş olunacaq. Festivalda Interplay triosu və amerikalı müğənni Şeril Rayley ilə yanaşı digər dünya ulduzları da iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi