Parisdə Nizami Gəncəvinin yubileyinə həsr olunmuş tədbir keçirilib

Parisdə Nizami Gəncəvinin yubileyinə həsr olunmuş tədbir keçirilib Fransanın paytaxtı Parisdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Mədəniyyət siyasəti
18 Dekabr , 2021 03:47
Parisdə Nizami Gəncəvinin yubileyinə həsr olunmuş tədbir keçirilib

Fransanın paytaxtı Parisdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

“Report” un Fransa bürosu xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, fransalı jurnalistlər, professorlar və digər şəxslər iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Nizami Gəncəvinin zəngin yaradıcılığı, onun bəşər ədəbiyyatına misilsiz töhfəsi haqqında məlumat verib, əsərlərində dövrünün ən qabaqcıl ideyalardan olan qadın hüquqları, bərabərlik, ədalət, sülh, insanpərvərliyi təbliğ etdiyini qonaqların diqqətinə çatdırıb.

İqtisadiyyat elmləri doktoru, professor, “Fransada müsəlmanlar” elektron qəzetinin nəşr direktoru Jan-Mişel Brun, “İşıq əsri”nin filosoflarından olan Jan-Jak Russo, Didro, Volter və digərlərininin 18- ci əsrdə Fransada yaydıqları bərabərlik, həmrəylik, ədalət kimi dəyərlərin 12-ci əsrdə yaşayıb yaratmış Nizamı Gəncəvinin əsərlərində artıq geniş surətdə təbliğ olunduğunu bildirib və bu dəyərlərinin Qafqaz və Orta Asiya regionundan gəldəyini vurğulayıb.

Fransalı professor Kərim İfrak çıxışında Nizami Gəncəvinin əsərlərinin Fransada daha yaxından öyrənilməsinin əhəmiyyətinə toxunub. Tədbirdə Bakıda böyüyüb başa çatmış, hazırda Fransada yaşayan tatar nəsilli azərbaycanlı opera ustası Timur Abdikeyevin ifasında Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin əsərlərinə bəstələdiyi “Sevgili canan”, Tofiq Quliyevin “Sənə qalmaz” əsərləri səsləndirilib.

Azərbaycan bəstəkarlarının əsərlərini pianoda Səidə Zülfüqarova, fleytada Ağarahim Quliyev, balabanda Səddam Novruzbəyov ifa ediblər. Tədbirdə səsləndirilən əsərlər arasında Fərhad Bədəlbəylinin “Dəniz”, Fikrət Əmirovun “Layla”, “Bulaq başında” əsərləri də var.

Son xəbərlər

Orphus sistemi