Özbəkistandakı yay düşərgəsində “Azərbaycanı tanıyaq” adlı tədbir keçirilib

Özbəkistandakı yay düşərgəsində “Azərbaycanı tanıyaq” adlı tədbir keçirilib Xeyriyyə aksiyada üşaqlara Azərbaycanın mədəniyyətinə dair suvenirlər hədiyyə edilib
Mədəniyyət siyasəti
1 İyul , 2016 19:54
Özbəkistandakı yay düşərgəsində “Azərbaycanı tanıyaq” adlı tədbir keçirilib

Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycanlıların təhsil aldığı Daşkənddəki 30 saylı İnternat məktəbinin uşaqları üçün Özbəkistanın Çervak gölünün ətrafında təşkil edilən yay düşərgəsində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən "Azərbaycanı tanıyaq" adlı tədbir keçirilib.

Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, xeyriyyə tədbirdə çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ölkəmiz, Azərbaycan-Özbəkistan dostluğu, Azərbaycan Mədəniyyət Mərkəzinin uşaq evləri ilə bağlı layihələri, gələcək Özbəkistan-Azərbaycan münasibətlərində bugünki nəslin rolundan danışıb.

Tədbirin bədii hissəsində uşaqlar arasında maraqlı viktorinalar keçirilib, uşaq və yeniyetmələrə Azərbaycan, Özbəkistan, dövlət simvolları, mədəniyyəti, ədəbiyyatına dair suallar verilmiş, yaxşı nəticə göstərən şagirdlərə hədiyyələr verilib.

Sonra Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" uşaq rəqs ansamblının üzvləri bir-birindən gözəl rəqslərimizi ifa edib, 30 saylı İnternat məktəbinin uşaqları musiqilər ifa edərək istedadlarını göstəriblər.

Uşaqlara Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sovqatları, kiçik bayraqlar, ölkəmizin mədəniyyətinə dair suvenirlər hədiyyə edilib. 

Son xəbərlər

Orphus sistemi