Yuxarı
    Bağlamaq

    Özbəkistanda "Müasir Azərbaycan poeziyası antologiyası" kitabı özbək dilində çap edilib

    Ümumiyətlə, topluda 73 Azərbaycan şairinin şerləri çap olunub

    Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə "Müasir Azərbaycan poeziyası antologiyası" kitabı özbək dilində çap edilib.

    Azərbaycan Mədəniyyət Mərkəzdən "Report"a verilən məlumata görə, kitab Şəhriyarın "Heydərbabaya salam" poeması ilə açılır. Sonra Rəsul Rza, Bəxtiyar Vahabzadə, Qabil, Zəlimxan Yaqub, Nəriman Həsənzadə və gənc şairlərin şerləri verilib.

    Ümumiyətlə, topluda 73 Azərbaycan şairinin şerləri çap olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi