Özbəkistanda “Azərbaycan, Qarabağ, sülh üçün oxu” layihəsi həyata keçiriləcək

Özbəkistanda “Azərbaycan, Qarabağ, sülh üçün oxu” layihəsi həyata keçiriləcək Layihədə özbək gəncləri Azərbaycanın 4 xalq mahnısını ifa edəcəklər
Mədəniyyət siyasəti
7 Aprel , 2017 18:03
Özbəkistanda “Azərbaycan, Qarabağ, sülh üçün oxu” layihəsi həyata keçiriləcək

Bakı. 7 aprel. REPORT.AZ/ "Azərbaycan, Qarabağ, sülh üçün oxu” qlobal layihəsi Özbəkistanda da həyata keçiriləcək. 

Bu barədə "Report"a Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzindən məlumat verilib.  

Mədəniyyət Mərkəzinin dəstəyi ilə reallaşdırılacaq layihənin əsas məqsədi özbək ictimaiyyətinə Qarabağı tanıtmaq, bu bölgədə azərbaycanlıların yaratdığı zəngin mədəniyyət, musiqi, tarixi abidələri təbliğ etmək, münaqişə nəticəsində işğala məruz qalan, torpaqları zəbt edilən və öz yurd-yuvalarını tərk edən Azərbaycan xalqının iztirablarını insanlara çatdırmaqdır.

Layihədə özbək gəncləri 4 Azərbaycan xalq mahnısını "Bayatı Şiraz" (Vətən haqqında), "Anadır arzulara Qarabağ", "Ay Laçın" və "Sizə salam gətirmişəm" adlı mahnıları Azərbaycan və özbək dillərində ifa edəcəklər. Hazırlanacaq xüsusi videomaterialda ifaçı gənclər Özbəkistanın paytaxtı Daşkəndlə yanaşı Səmərqənd, Buxara, Xivə, Kokand, Nəvai, Fərqanə və s. şəhərlərin təmsil edən gənclər qeyd edilən musiqi nömrələrini hissə-hissə ifa edəcəklər.

Müsabiqədə iştirak edəcək və nəticələri müsbət qiymətləndirilən istedadlı uşaqların yekunda Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində geniş qala konserti keçiriləcək. Qaliblərə müsabiqənin şərtlərinə əsasən fəxri fərman və pul mükafatları təqdim ediləcək.

Qeyd edək ki, layihə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Özbəkistandakı səfirliyinin təşkilati dəstəyi ilə həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi