"Biz musiqi sahəsində Almaniyadan Azərbaycana gələnlərin sayını artırmaq istəyirik".
"Report" xəbər verir ki, bunu Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer
Onun sözlərinə görə, Almaniyada xeyli sayda azərbaycanlı tələbə və elmi işçi təhsilini davam etdirir: "Bizim əsas məqsədlərimizdən biri də musiqi sənətini öyrənmək üçün Almaniyadan Azərbaycana gələnlərin sayını artırmaqdır. Azərbaycan musiqisi, xüsusilə muğam dərin bir sahədir. Buna görə də xaricilər musiqi sahəsində Azərbaycandan çox şey öyrənə bilərlər. Almaniyada Alman və Azərbaycan orkestrlərindən ibarət birgə görüşlər və tədbirlər keçirməyə çalışacağıq".
Qeyd edək ki, Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzerin təşəbbüsü ilə Almaniyadakı azərbaycanlı musiqiçilərdən ibarət orkestr fəaliyyətə başlayıb.