“OperaFirst-2022” çərçivəsində Azərbaycan Gününə həsr olunmuş konsert keçirilib

“OperaFirst-2022” çərçivəsində Azərbaycan Gününə həsr olunmuş konsert keçirilib Rusiyanın Həştərxan vilayətində Azərbaycan Gününə həsr olunmuş konsert keçirilib.
Mədəniyyət siyasəti
12 Sentyabr , 2022 10:54
“OperaFirst-2022” çərçivəsində Azərbaycan Gününə həsr olunmuş konsert keçirilib

Rusiyanın Həştərxan vilayətində Azərbaycan Gününə həsr olunmuş konsert keçirilib.

“Report” vilayətin Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, konsert “OperaFirst-2022” Xəzər Klassik Musiqi Festivalı çərçivəsində baş tutub.

Konsertin aparıcısı Azərbaycanın Xalq artisti, Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə olub.

Proqram çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının simli kvarteti çıxış edib. Azərbaycan bəstəkarlarının əsərlərini Zakir Əsədov (fortepiano), Rəna Rəhimova (alt), Ümidə Abbasova (skripka), Nəzrin Aslanlı (skripka), Emin Hüseynov (skripka), Orxan Hüseynov (violonçel) ifa ediblər.

Son xəbərlər

Orphus sistemi