Bakı Musiqi Akademiyası nəzdindəki Opera studiyasında 8 Mart Beynəlxalq Qadınlar Gününə və yubiley tədbirlərinə həsr olunmuş konsert proqramı keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının kollektivi, xalq artistləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xalq artisti Cəmilə Bayramova "Report" a müsahibəsində Azərbaycan qadınlarının əməyindən, elmə, sənətə, mədəniyyətə verdiyi töhfələrdən, uğurlardan bəhs edib.
Sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artistləri və Bakı Xoreoqrafiya Akademiyasının tələbələri müxtəlif nominasiyalar üzrə çıxış ediblər.
Həmçinin "Göbəkbağı" adlı birpərdəli tamaşa nümayiş olunub.
Qeyd edək ki, konsertin bədii rəhbəri Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, Əməkdar artist Nailə Məmmədzadədir.