Öcal Oğuz: “Qarabağa həyatı qaytarmaq üçün mümkün olan hər şeyi etmək lazımdır”

Öcal Oğuz: “Qarabağa həyatı qaytarmaq üçün mümkün olan hər şeyi etmək lazımdır” “Qarabağa həyatı qaytarmaq və oranı insanların dinc yaşadıqları məkana çevirmək üçün mümkün olan hər şey etmək lazımdır”.
Mədəniyyət siyasəti
9 Dekabr , 2022 16:01
Öcal Oğuz: “Qarabağa həyatı qaytarmaq üçün mümkün olan hər şeyi etmək lazımdır”

“Qarabağa həyatı qaytarmaq və oranı insanların dinc yaşadıqları məkana çevirmək üçün mümkün olan hər şey etmək lazımdır”.

Bunu "Report"a açıqlamasında UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz deyib.

O bildirib ki, bu ilin may ayında Bursada keçirdiyimiz iclasda Azərbaycanın tövsiyəsi və bütün digər türk dövlətlərinin milli komissiyalarının razılığı ilə 2023-cü ildə Şuşada iclas keçirmək qərara alınıb: "İclasda biz, TÜRKSOY-un milli komissiyalarının üzvləri olaraq Azərbaycan ilə əməkdaşlığın inkişafına hansı töhfələr verə biləcəyimizlə bağlı təcrübəmizdən danışacağıq”.

Onun sözlərinə görə, bu görüşdən sonra qeyri-maddi mədəni irslə bağlı seminar da təşkil olunacaq.

"İşğal zamanı Qarabağda şəhər və kəndlər tamamilə dağıdılıb və hazırda onların bərpası istiqamətində genişmiqyaslı iş aparılır. Qarabağ özünün zəngin mədəniyyəti ilə tanınsa da, indi demək olar ki, bütün mədəniyyət abidələri dağıdılıb, yer üzündən silinib. UNESCO-nun Ümumdünya İrsinin qorunması proqramının bir hissəsi olaraq onlardan bəzilərinin rəqəmsallaşdırılması imkanları araşdırılmalıdır", - Ö.Oğuz vurğulayıb.

Son xəbərlər

Orphus sistemi