Nyu-Yorkun məşhur “Times” meydanında "5 dekabr Dünya Türk Qəhvəsi Günü" qeyd olunub.
“Report”un yerli bürosu xəbər verir ki, proqramda Türkiyənin Nyu-Yorkdakı baş konsulu Reyhan Özgür, qeyri-hökumət təşkilatlarının nümayəndələri, türk və Azərbaycan icmasının fəalları iştirak ediblər.
Çıxışında türk qəhvəsinin türk mədəniyyətində mühüm yer tutduğunu vurğulayan baş konsul R.Özgür türk qəhvəsinin ABŞ-da tanıdılmasında əməyi keçən hər kəsə təşəkkür edib.
Qeyd edilib ki, Nyu-York şəhərinin meri Erik Adamsın 5 dekabr tarixini Nyu-York şəhərində "Dünya Türk Qəhvəsi Günü" elan edib. Proqramda canlı musiqi və rəqs nümayişləri təqdim edilib. Bundan başqa, “Times” meydanında iki ayrı rəqəmsal ekranda türk qəhvəsinin tarixi və türk ictimaiyyətində yerindən bəhs edən görüntülər yayımlanıb. Proqramın sonunda “Times” meydanını ziyarət edən qonaqlara türk qəhvəsi təqdim olunub.
Qeyd edək ki, 2013-cü ildə türk qəhvəsi UNESCO-nun bəşəriyyətin qeyri-mədəni irsi siyahısına salınıb.