Nyu-Yorkda Azərbaycan musiqisi səsləndirilib

Nyu-Yorkda Azərbaycan musiqisi səsləndirilib ABŞ-ın Nyu-York şəhərində 28 May Müstəqillik Günü münasibəti ilə əməkdar artist Vüsal İsgəndərzadənin rəhbərlik etdiyi “Şur” instrumental qrupunun konserti keçirilib.
Mədəniyyət siyasəti
22 May , 2022 21:43
Nyu-Yorkda Azərbaycan musiqisi səsləndirilib

ABŞ-ın Nyu-York şəhərində 28 May Müstəqillik Günü münasibəti ilə əməkdar artist Vüsal İsgəndərzadənin rəhbərlik etdiyi “Şur” instrumental qrupunun konserti keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Vaşinqtondakı Səfirliyinin təşkilatçılığı ilə baş tutan gecəyə Azərbaycanın və Türkiyənin Vaşinqtondakı səfirləri Xəzər İbrahim və Həsən Murad Mərcan, Qırğız respublikasının BMT yanındakı daimi nümayədəsi səfir Aida Kasıməliyeva, ölkəmizin BMT yanında missiyasının diplomatları və diaspor fəalları qatılıb.

Musiqili gecəni giriş sözü ilə açan Xəzər İbrahim əlamətdar gün münasibətilə bütün dünya azərbaycanlılarını təbrik edib, ölkəmizin müstəqillik tarixindən bəhs edib. Səfir tarixin bütün dövrlərində Azərbaycan xalqının birlik və bərabərlik nümayiş etdirərək öz müstəqilliyini qoruyub saxladığını bildirib. Səfir 44 günlük Vətən müharibəsindən söz açaraq bildirib ki, müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun əks-hücum əməliyyatları nəticəsində 30 il işğal altında olan Qarabağın azad edilməsi ilə çağdaş tariximizə şanlı səhifə yazılıb.

Sonra diplomat qonaqlara Azərbaycan musiqisinin zənginliyindən və musiqi alətlərinin unikallığından bəhs edib. Səfir qonaqları musiqili gecədən zövq almağa dəvət edib.

Konsertdə “Şur” instrumental qrupu Azərbaycan, türk və dünya musiqisinin nümunələrini özünəməxsus şəkildə və yüksək peşəkarlıqla ifa edib. Qonaqlar qrupun “Ay Laçın”, “Qarabağ Şikəstəsi”, “Gülpəmbə”, “Xudayar Təsnifi”, “Sarı Gəlin” və s. ifalarını alqışlarla qarşılanıb.

Son xəbərlər

Orphus sistemi