Növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 2024-cü ilin mayında Bakıda keçiriləcək

Növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 2024-cü ilin mayında Bakıda keçiriləcək Altıncı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 2024-cü ilin mayında Bakıda keçiriləcək.
Mədəniyyət siyasəti
24 İyun , 2023 14:47
Növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 2024-cü ilin mayında Bakıda keçiriləcək

Altıncı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 2024-cü ilin mayında Bakıda keçiriləcək.

"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli iyunun 24-də BMT Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) baş direktorunun müavini Qabriela Ramosla görüşdə bildirib.

Nazir səfərin UNESCO ilə Azərbaycan arasında münasibətlərin inkişafına müsbət töhfə verəcəyinə inamını ifadə edib.

Mədəniyyət sahəsində mövcud əməkdaşlıq istiqamətlərindən danışan A.Kərimli, bu çərçivədə Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən “Bakı Prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının önəmini xüsusi qeyd edib. Qlobal pandemiya ilə əlaqədar yaranmış fasiləyə baxmayaraq növbəti – VI Forumun 2024-cü ilin may ayında Bakıda keçirilməsi üçün hazırlıq işlərinə artıq başlanıldığı qeyd edilib. Forumun ənənəvi olaraq əsas tərəfdaşlar, o cümlədən UNESCO ilə birgə təşkil edildiyini nəzərə alaraq, növbəti foruma hazırlıq prosesində də təşkilatın müvafiq töhfə verəcəyinə ümid ifadə olunub.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən xanım Ramos, mədəniyyətlərarası dialoq sahəsində Bakıda keçirilən forumların önəmini təsdiq edib və növbəti forumda UNESCO-nun fəal iştirak edəcəyinə və dəyişən dünyamıza daha praktik həllər göstərən, müsbət fərqlər yarada bilən müzakirələrlə zəngin olacağına inandığını bildirib. Baş direktorun müavini ölkəmizin UNESCO-nun mədəniyyətlərarası dialoqa həsr olunmuş e-platformasının yaradılmasında, eləcə də, İpək Yolları proqramı çərçivəsində də təşkiilatla fəal əməkdaşlığına və proqramın 35 illiyi münasibətilə bu il keçirilən tədbirlərdə iştirakına görə xüsusi təşəkkür ifadə edilib. Azərbaycanın UNESCO çərçivəsində həyata keçirilən bir sıra layihə və proqramlarda fəallığı ilə seçildiyi təqdir olundu.

Görüşdə digər istiqamətlər üzrə də ikitərəfli əməkdaşlıq məsələləri, həmçinin, süni intellekt və müxtəlif müasir texnologiyaların qlobal mədəniyyətə təsirləri, həmçinin bu təsirlərin etik və hüquqi tənzimlənməsi istiqamətində qlobal institusional təşəbbüslər müzakirə edilib.

Baş direktorun müavini Azərbaycanın mədəniyyət nazirini 13 iyul tarixində keçiriləcək və sözügedən mövzuların ətraflı müzakirə ediləcəyi Neyrotexnologiyanın Etikasına dair Beynəlxalq Konfransa, həmçinin 29 noyabr tarixində San Paolada keçiriləcək İrqçilik və Diskriminasiyaya qarşı Qlobal Foruma da dəvət edib. Görüşün sonunda qonaqlarla xatirə hədiyyələri təqdim edilib.

Son xəbərlər

Orphus sistemi