Nizami festivalı keçiriləcək

Nizami festivalı keçiriləcək Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərinə həsr olunmuş miniatürlər əsasında 3D Mapping təqdimatı keçiriləcək.
Mədəniyyət siyasəti
10 Oktyabr , 2021 23:49
Nizami festivalı keçiriləcək

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərinə həsr olunmuş miniatürlər əsasında 3D Mapping təqdimat mərasimi keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov bildirib.

“Oktyabrın 14-16-da Nizami Gəncəvi ili çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nizamı adına Milli Ədəbiyyat Muzeyinin fasadında dahi şairimizin əsərlərinə həsr olunmuş miniatürlər əsasında 3D mapping təqdimatı keçiriləcək. Hamını Nizami festivalına dəvət edirəm”, - deyə nazir özünün tviterdəki hesabında yazıb.

Son xəbərlər

Orphus sistemi