Qarabağla bağlı çəkiləcək film döyüş janrında olacaq.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Qarabağla bağlı döyüş filminin istehsalına bu il başlanılacaq: "Hazırda ssenari üzərində iş gedir. İstənilən tammetrajlı bədii film layihəsini hazırlamaq müəyyən vaxt tələb edir. Əgər bu real faktlar və yaxın tarix haqqında filmdirsə, burada daha ciddi və məsuliyyətli prosesdən söhbət gedir. Hazırda ssenari yazılışı prosesində müharibə ilə bağlı məlumatlar, hekayələr toplanır, emal olunur. Yəni işin daha mükəmməl olması bir az vaxt tələb edir".
Qeyd edilib ki, bu il ərzində sözügedən filmin ssenarisinin hazırlanması, hazırlıq prosesinin aparılması və çəkilişinə başlanılması nəzərdə tutulub.