Nazir: "Naxçıvanın 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi qədim diyara göstərilən etimadın ifadəsidir"

Nazir: "Naxçıvanın 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi qədim diyara göstərilən etimadın ifadəsidir" ​Naxçıvandakı mədəniyyət obyektlərinin sayı açıqlanıb
Mədəniyyət siyasəti
3 Mart , 2016 14:02
Nazir: Naxçıvanın 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi qədim diyara göstərilən etimadın ifadəsidir

Bakı. 3 mart. REPORT.AZ/ Hazırda Naxçıvan Muxtar Respublikasında 3 dövlət, 5 xalq teatrı, 1 dövlət filarmoniyası, 1 dövlət uşaq filarmoniyası, 28 muzey və 1 rəsm qalereyası, 234 kitabxana, 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi, 226 klub və mədəniyyət evi fəaliyyət göstərir.

"Report"un xəbərinə görə, bu barədə muxtar respublikanın mədəniyyət və turizm naziri Natəvan Qədimova məlumat verib.

Nazir xalq yaradıcılığı günlərinin ənənəyə çevrilməsi, muxtar respublikada keçiriləcək muğam mü- sabiqəsinə hazırlıq işləri, kitabxana işinin müasir standartlara uyğun təşkili, muzey quruculuğu, tarixi mədəni abidələrin qorunması və bərpası, teatr sahəsindəki uğurlar, yeni musiqi kollektivlərinin yaradılması barədə danışıb.

Qeyd olunub ki, Naxçıvanın 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi muxtar respublikanın nüfuzunun, bu qədim diyara göstərilən etimadın ifadəsidir.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli "Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında" sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi ümumilikdə 23 ixtisası hamiliyə götürüb, bu məqsədlə kollektiv görüşlər, kitab müzakirələri, aktyorluq sənəti ixtisası üzrə ustad dərsləri, muzey işi və kitabxanaçılıq ixtisasları üzrə açıq dərslər, mühazirə, kurs və konfranslar keçirilib, mədəniyyət və turizm obyektlərinə ekskursiyalar, təcrübələr təşkil olunub. 

Son xəbərlər

Orphus sistemi