Nazir: “Məqsədimiz Azərbaycanda yaşayan hər bir kiçik xalqın mədəniyyətini qorumaqdır”

Nazir: “Məqsədimiz Azərbaycanda yaşayan hər bir kiçik xalqın mədəniyyətini qorumaqdır” Bakı. 13 mart. REPORT.AZ/ “Fobiyalar, anlaşılmazlıqlar dünyada problemlər yaradır. Bunun kökünü araşdırmaq lazımdır. Bu istiqamətdə, əsasən, təhsili, mədəniyyəti inkişaf etdirmək vacibdir”.
Mədəniyyət siyasəti
13 Mart , 2018 17:29
Nazir: “Məqsədimiz Azərbaycanda yaşayan hər bir kiçik xalqın mədəniyyətini qorumaqdır”
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev / Report

Bakı. 13 mart. REPORT.AZ/ “Fobiyalar, anlaşılmazlıqlar dünyada problemlər yaradır. Bunun kökünü araşdırmaq lazımdır. Bu istiqamətdə, əsasən, təhsili, mədəniyyəti inkişaf etdirmək vacibdir”.

“Report”un xəbərinə görə, bunu Bakıda ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransı çərçivəsində etimadın gücləndirilməsi, mədəni mübadilənin inkişafı və dialoqun təbliği ilə bağlı keçirilən panel iclasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların mərkəzində yerləşir, bu da çox önəmlidir: “Azərbaycanda bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşılır. Azərbaycan tolerant ölkədir. Azərbaycanın Quba rayonunda “Qırmızı” qəsəbə var. Orada yəhudilər yaşayır. Bu da tolerantlığın sübutudur. Məqsədimiz hər bir kiçik xalqın mədəniyyətini qorumaqdır”.

Ə.Qarayev xatırladıb ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib: “Oradakı mədəni miraslara nəzarət edə bilmirik. Bu da narahatlıq yaradır. Münaqişənin dinc yolla həllinə inanırıq”.

Nazir vurğulayıb ki, Azərbaycan turizm üçün ən təhlükəsiz ölkələrdən biridir.

Son xəbərlər

Orphus sistemi