İncəsənət xadimlərinə medallar təqdim edildi

İncəsənət xadimlərinə medallar təqdim edildi Teatr Xadimləri İttifaqında tədbir keçirilib
Mədəniyyət siyasəti
263
10 Mart , 2021 15:51
İncəsənət xadimlərinə medallar təqdim edildi

Mədəniyyət Nazirliyi tərəfindən Milli Teatr Günü münasibətilə Teatr Xadimləri İttifaqında tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Azərbaycan mədəniyyət naziri Anar Kərimov, görkəmli sənət adamları, ziyalılar və media nümayəndələri iştirak ediblər.

Nazir çıxışında tədbir iştirakçılarını və teatr sevərləri təbrik edib: "Bu gün peşəkar Azərbaycan teatrının 148 yaşı tamam olur. Lakin Azərbaycanda teatr sənətinin kökləri çox qədimdir. Xalqın əmək fəaliyyəti, həyat tərzi, dünyagörüşü, dini inam və inancları ilə bağlı olan bayramlar, ayin və mərasimlər, oyun və rəqslər hərəkət, xor və dialoq kimi teatr elementləri ilə zəngin olub.

Zəngin və mürəkkəb tarixi yol keçən Azərbaycan teatrının müasir inkişaf səviyyəsinə çatmasında görkəmli dramaturqlar, aktyor və rejissorlar böyük rol oynayıblar. Həsən bəy Zərdabinin, Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun, Nəriman Nərimanovun, Hüseyn Cavidin, Cəfər Cabbarlının, İlyas Əfəndiyevin xidmətləri danılmazdır.

Anar Kərimov
Anar Kərimov

Nazir qeyd edib ki, Azərbaycanda teatr fəaliyyətinin hüquqi-normativ bazasının formalaşdırılıması da mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir: "Ölkə Prezidentinin imzaladığı “Teatr və teatr fəaliyyəti haqqında” Qanun (2006), “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam (2007), “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı (2009) və digər sənədlər dövlətimizin teatr sahəsinə olan daimi diqqətini göstərir, teatr prosesinin inkişafına xidmət edir".

A.Kərimov multikultural dəyərlərin təşviq olunduğu ölkədə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrı və Qax Dövlət Gürcü Dram Teatrlarının fəaliyyət göstərdiyini də diqqətə çatdırıb:

"Bir vaxtlar Azərbaycanda yəhudi Teatrı da fəaliyyət göstərib. Biz gələcəkdə onun da bərpasına çalışacağıq".

Daha sonra Xalq artistləri Həmidə Ömərovaya, Məmmədsəfa Qasımova, Qurban İsmayılova, Əməkdar incəsənət xadimi Hafiz Quliyevə, Elmira İsmayılovaya, Vidadi Əliyevə, Gəncə Dövlət Kukla Teatrının aktyoru və rejissoru, Əməkdar artist Xudayət Əsgərova görkəmli heykəltəraq, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarova, Sənətşünaslıq elmləri doktoru, professor İlham Rəhimliyə, Əməkdar artist Sənubər İskəndərliyə, Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimova "Sənətkar" medalı təqdim olunub.

Son xəbərlər

Orphus sistemi