"Biz çövkəni, Novruz bayramını, muğamı, saz musiqisini özümüzünkü edə bildik. Biz bu qələbəyə imza atdıq. Bu, Azərbaycanın, Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun uğurudur", - nazir deyib.
Nazir vurğulayıb ki, bu, sevindirici haldır: "Biz sevinməliyik. Yaxşı olardı ki, həm xalçaçılıq, həm də muğam, tar, saz musiqisi daha da çox təbliğ olunsun".
Ə.Qarayev vurğulayıb ki, yaxın günlərdə kəlağayı ilə bağlı daha təmtəraqlı təqdimat keçiriləcək. Tədbirdə kəlağayı ustaları, bu işin üzərində çalışanlar, YUNESKO-da kəlağayının qəbul edilməsində rolu olan ən sıravi adamlara qədər hamı iştirak edəcək.
"Lavaş haqqında danışıldı və zərbə kəlağayıya dəydi. Çünki lavaşı o qədər pis yerə çəkib, yazıb-pozdular ki, kəlağayının qələbəsini yaşaya bilmədik. Amma biz bunu siyahıya sala bilmişik. Gələn il biz bilmirik ki, ermənilər YUNESKO-nun müvafiq siyahısına nəyi salmağa cəhd edəcək. Bizim bundan 2-3 ay əvvəl xəbərimiz olur. Ermənilər gələn il ola bilər ki, dolmanı və ya hansısa bir rəqsimizi də o siyahıya salmağa cəhd etsin".

